logo

Şimal bölgəsinə qar yağıb

15:36 02-01-2020 | icon 2051
Şimal bölgəsinə qar yağıb

Ölkənin şimal rayonlarına qarın yağması səbəbindən paytaxt Bakı istiqamətində nəqliyyatın hərəkətini çətinləşdirib.

YeniAvropa xəbər verir  ki, Qusar və Quba rayonlarından üzü Bakı istiqamətində onlarla avtomobillər yollarda qalıb. Hazırda paytaxta doğru gələn yolda sıxlıq müşahidə olunur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ağır texnikalar yollara qum səpilməsi ilə məşğuldur.

Xatırladaq ki, ötən gün  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə ərazisində yanvarın 2- si axşamdan yanvarın 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı barədə məlumat yayıb.