logo

Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

14:55 02-01-2020 | icon 2443
Zakir Həsənov Hava Hücumundan Müdafiə bölmələrinin döyüş hazırlığını yoxlayıb

Yanvarın 2-də Müdafiə Nazirliyinin rəhbərliyi Hava Hücumundan Müdafiə bölmələrindən birində olub.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, həyəcan siqnalı ilə qaldırılan bölmələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm obyektlərin mühafizəsi və digər fəaliyyətləri məşq etdirilib.

Hava Hücumundan Müdafiə bölmələrinin döyüş texnikası və vasitələrinə baxış keçirən Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirib.

2020-ci ildə şəxsi heyətə yeni uğur və nailiyyətlər arzulayan müdafiə naziri döyüş tapşırıqlarının daha operativ və səmərəli yerinə yetirilməsi, eləcə də hava hücumundan müdafiə ilə bağlı cari ildə keçiriləcək tədbirlərlə əlaqədar müvafiq tapşırıqlar verib.