logo

Deputat olmaq üçün indiyədək 2145 nəfər müraciət edib

13:47 02-01-2020 | icon 2317
Deputat olmaq üçün indiyədək 2145 nəfər müraciət edib

"2020-ci il fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2145 nəfər müraciət edib".

YeniAvropa xəbər verir  ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında məlumat verib.

MSK sədri bildirib ki, namizədlərin 457 nəfəri 19 siyasi partiya tərəfindən irəli sürülüb: "15 nəfər təşəbbüs qrupları tərəfindən, 1673 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb".

M.Pənahov qeyd edib ki, müraciət edən şəxslərin 1954 nəfərinin namizədliyi artıq təsdiq olunub: “Onlardan 1747 nəfəri isə imza vərəqələrini artıq götürüb, 381 nəfəri qaytarıb, 125-i isə qeydə alınıb”.