logo

"Müsavat"ın Nüşabə Sadıxlısı "YAP"ın Hüseynbala Mirələmovuna qarşı...

10:15 02-01-2020 | icon 2366
"Müsavat"ın Nüşabə Sadıxlısı "YAP"ın Hüseynbala Mirələmovuna qarşı...

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlər arasında "qızğın mübarizə" gedəcək dairələrdən biri də 33 saylı Xətai birinci Seçki Dairəsi olacaq.  

YeniAvropa xəbər verir  ki,bu Seçki Dairəsindən Müsavat Partiyası Məclisinin sədri, tanınmış ziyalı Nüşabə Sadıxlının namizədliyi artıq qeydə alınıb. 

N. Sadıxlı namizədliyinin qeydə alınması ilə bağlı bunları deyib: “Qeydiyyatdan keçmişəm. İmzatoplama kampaniyasında iştirak edən hər kəsə təşəkkür edirəm. 2020-ci il Azərbaycan üçün, Müsavat Partiyası üçün xeyirli uğurlu olsun”.

Qeyd edək ki, həmin dairədən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi yazıçı-dramaturq, partiyanın Xətai təşkilatının sədri, 4-cü dəfə seçkilərə qatılan millət vəkili Mirələmov Hüseynbala Fazil oğludur.