logo

Prezidentə edam qərarı çıxarıldı

16:51 01-01-2020 | icon 742
Prezidentə edam qərarı çıxarıldı

Yəməndə husilərin nəzarətindəki məhkəmə prezident Əbdurabbun Mənsur Hadi barəsində edam qərarı çıxarıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, ölkə başçısı İsrailə casusluqda ittiham edilib.

Məhkəmə vətənə xəyanətdə ittiham edilən baş nazir Muin Əbdülməlik və sabiq xarici işlər naziri Xalid əl-Yəməninin də edam edilməsinə qərar verib.

bundan əlavə, hər üç şəxsin ölkə daxilindəki və xaricindəki mülklərinə həbs qoyulub.

Yəmən hökumətindən hələlik məsələ ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, Ə.Hadi 2012-ci ildən Yəmənin prezidentidir.