logo

Sabah Bakıda şimal küləyi əsəcək, 12° isti olacaq

12:53 01-01-2020 | icon 2149
Sabah Bakıda şimal küləyi əsəcək, 12° isti olacaq

Azərbaycanda dekabrın 2-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən YeniAvropa-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-6°, gündüz 8-12° isti, Bakıda gecə 4-6°, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 762 millimetr civə sütunundan 767 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacağı ehtimal edilir.