logo

İmamoğlu azərbaycanlıları təbrik etdi

14:47 31-12-2019 | icon 2275
İmamoğlu azərbaycanlıları təbrik etdi

Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Ekrem İmamoğlu 31 Dekabr - Dünya Azərbaycanı Həmrəylik Günü münasibətilə təbrik edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə Ekrem İmamoğlu "YouTube" kanalında paylaşım edib. 

O, videogörüntü ilə Azərbaycana təbriklərini bu şəkildə ünvanlayıb: "31 dekabr Azərbaycanlıların Həmrəylik Günüdür. Azərbaycanlı qardaşlarımızın bayramını təbrik edirəm. Mən yaxşı bilirəm ki, bu birlik və qucaqlaşma anı bütün azərbaycanlı dostlarımız və qardaşlarımız üçündür. Bütün azərbaycanlı dostlarımızın həmişə yanlarında olduğumuzu bilmələrini istəyirəm. Bayramda da, kədərli günlərində də çiyin-çiyinəyik, bir-birimizi dəstəkləyirik, həmişə birlikdə güclüyük. Bunu da hiss edirəm.  Həmrəylik Gününüz mübarək olsun, azərbaycanlı dostlarım!".