logo

YAP-ın namizədi, "Embawood"un sahibi Məşhur Məmmədovun gizlinləri ortaya çıxdı

11:52 31-12-2019 | icon 3857
YAP-ın namizədi, "Embawood"un sahibi Məşhur Məmmədovun gizlinləri ortaya çıxdı

Araşdırmaçı-jurnalist Cavanşir Həsənli "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov haqda şok faktlar əldə edib.   YeniAvropa xəbər verir  ki, C.Həsənli özünün "Facebook" səhifəsində  YAP-ın deputatlığa namizədi olan Məşhur Məmmədovun gizlin əməllərini məşhurlaşdırıb:

"YAP-ın deputatlığa namizədi, "Embawood' şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.
Xatırladım ki, Masallıdan olan məşhur işadamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib".

Qeyd edək ki, Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.

Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.

Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəridir.

Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Qarşı tərəfin fikrini də dinləməyə hazırıq.