logo

Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlın bayram şənliyində iştirak edib

23:31 30-12-2019 | icon 2394
Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlın bayram şənliyində iştirak edib

Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar üçün şənlik təşkil edib.

YeniAvropa xəbər verir  ki, ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət alıblar.

 Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.