logo

Mikayıl Cabbarovun 6 müavini olacaq

20:16 30-12-2019 | icon 2261
Mikayıl Cabbarovun 6 müavini olacaq

Bundan sonra iqtisadiyyat naziri Mikayıl Cabbarovun 6 müavini olacaq. 

YeniAvropa xəbər verir  ki, bu, prezident İlham Əliyevin  dekabrın 30-da imzaladığı fərmanla təsdiqlənən “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də öz əksini tapıb.

Əsasnaməyə görə, iqtisadiyyat nazirinin bundan sonra prezidentin vəzifəyə təyin və vəzifədən azad etdiyi 1 birinci müavini və 5 müavini olacaq.

Nazirin birinci müavini və müavinləri nazirin onlara həvalə etdiyi vəzifələri yerinə yetirəcək və bunun üçün şəxsən məsuliyyət daşıyacaqlar.