logo

11 ayda “Azərsu” 1200 kilometrədək içməli su xətti çəkib

14:49 30-12-2019 | icon 2611
11 ayda “Azərsu” 1200 kilometrədək içməli su xətti çəkib

“Azərsu” ASC tərəfindən yanvar-noyabr aylarında 1200 kilometrədək içməli su, 500 kilometrə yaxın isə kanalizasiya xətti çəkilib.

 YeniAvropa xəbər verir  ki, bu barədə “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib. Onun sözlərinə görə, 11 ayda Abşeron yarımdası üzrə 370 kilometrdən çox su xətti çəkilib. Bu il Bakı şəhəri və ətraf qəsəbələrdə 200-dən çox ünvanda su və kanalizasiya layihələri icra edilib. Badamdar qəsəbəsində işlərə başlanılıb. Xırdalan şəhərində isə işlər yekunlaşıb.

A.Cəbrayıllı qeyd edib ki, Abşeronda 5 ünvanda - Biləcəri, Mehdiabad, Zabrat, Ramanı və Bahar qəsəbələrində yağış suları ilə bağlı layihələr icra olunur, 20 kilometr su xətti çəkilib, 4 nasos stansiyası tikilib, 1 nasos stansiyası isə yenidən qurulub.