logo

Nazirin nazir müavini qardaşına yüksək vəzifə verilib

11:24 30-12-2019 | icon 2387
Nazirin nazir müavini qardaşına yüksək vəzifə verilib

Kənd təsərrüfatı naziri İnam Kərimovun qardaşı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Beynəlxalq Əmək Təşkilatının (BƏT) Sakit Okean hövzəsi ölkələri üzrə Ofisinin Direktoru vəzifəsinə təyin olunub.  

YeniAvropa  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla xəbər verir  ki, Ficinin paytaxtı Suva şəhərində yerləşən BƏT-in Sakit Okean hövzəsi ölkələri üzrə Ofisi regiondakı 22 ölkədə layiqli əməyin təşviqinə, hökumətlər, həmkarlar təşkilatları və sahibkarlar təşkilatları ilə tərəfdaşlığın inkişaf etdirilməsinə, məşğulluq və sosial müdafiə sahələrinə aid olan BMT-nin Davamlı İnkişaf Məqsədlərinin icrasına, eləcə də regionda BƏT-in mandatından irəli gələn digər məsələlərə məsuldur.

2020-ci ilin yanvar ayının sonunda yeni vəzifəsində fəaliyyətə başlayacaq Mətin Kərimli BƏT sistemində belə yüksək vəzifədə işləyəcək ilk Azərbaycan vətəndaşı olacaq.

Xatırladaq ki, Mətin Kərimli 2014-cü ilin fevral ayından əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışır.