logo

Ordumuzun hərbi hissələrində “Açıq qapı günü” keçirilir

10:32 30-12-2019 | icon 2289
Ordumuzun hərbi hissələrində “Açıq qapı günü” keçirilir

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, dekabrın 30-da bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün “Açıq qapı günü” keçirilir.

YeniAvropa Müdafiə Nazirliyi mətbuat xidmətinə istinadla birdirir ki, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.

“Açıq qapı günü” çərçivəsində müdafiə naziri, nazir müavinləri və qoşun növü komandanlarının valideynlərlə keçirilən görüşlərində hərbi xidmətlə bağlı məsələlər müzakirə ediləcək və ziyarətçiləri maraqlandıran suallar cavablandırılacaq.

Bayram günü münasibətilə şəxsi heyət üçün mədəni-kütləvi tədbirlər keçiriləcək və bayram sovqatları təqdim ediləcək.