logo

Həzi Aslanovun 110 illiyi qeyd ediləcək

22:12 29-12-2019 | icon 2184
Həzi Aslanovun 110 illiyi qeyd ediləcək

Prezident İlham Əliyev görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, sərəncama əsasən Müdafiə Nazirliyi Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun 110 illiyinə dair tədbirlər planını hazırlayıb həyata keçirməlidir. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Xatırladaq ki,  2020-ci ilin yanvar ayında görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi tamam olur.