logo

İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib

15:45 29-12-2019 | icon 2254
İlham Əliyev Pirşağıda avtomobil tunelinin açılışında iştirak edib

Prezident İlham Əliyev dekabrın 29-da “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən paytaxtın Sabunçu rayonunun Pirşağı qəsəbəsində inşa edilən avtomobil tunelinin açılışında iştirak edib.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev tunelin rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, Pirşağı qəsəbəsində yerləşən  tunel Bakı dairəvi avtomobil yolu ilə Abşeron dairəvi dəmir yolunun 28-ci kilometrliyində kəsişir. Tunelin qapalı hissəsinin uzunluğu 160, eni 31, hündürlüyü 6, ümumi uzunluğu isə 566 metrdir.

Dəmir yolu xəttinin avtomobil yolu ilə eyni səviyyədə kəsişmələrində bu cür tunellərin inşası çox mühüm əhəmiyyət kəsb edir. Belə ki, bu layihə qatarların sürətli, fasiləsiz və qrafikə uyğun hərəkətinin təmin edilməsində vacib rol oynayır. Bu, eyni zamanda, avtomobillərin də hərəkətinin intensivliyini təmin edir. Beləliklə, qatarlarla avtomobillərin hərəkəti bir-birinə mane olmadan təhlükəsiz həyata keçirilir.