logo

Avtomobil qaçıran keçmiş məhkumlar tutulubl

16:48 28-12-2019 | icon 2170
Avtomobil qaçıran keçmiş məhkumlar tutulubl

Abşeron Rayon Polis İdarəsinə müraciət edən Masazır qəsəbə sakini S.Əsədov dekabrın 24-də saat 7 radələrində “VAZ-2107” markalı avtomobilinin qəsəbə ərazisindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya  bildiriblər ki, dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb. Avtomobilin dekabrın 27-də Qobustan rayonu ərazisində hərəkətdə olması Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən şəxslər - əvvəllər məhkum olunmuş İsmayıllı rayon sakini A.Dəmirov və Göyçay rayon sakini Ə.Zeynalov Abşeron Rayon Polis İdarəsinə təhvil veriliblər.

Araşdırmalarla nəqliyyat vasitəsinin dekabrın 24-də Qaradağ rayonu ərazisindən qaçırılmış A.Allahverdiyevə məxsus “VAZ-2107” markalı avtomobil olması, üzərinə S.Sadıqova məxsus nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanlarının taxılması müəyyən edilib.

Davam etdirilən tədbirlərlə S.Sadıqova məxsus “VAZ-2107” markalı avtomobil isə Şamaxı şəhəri ərazisində dövlət qeydiyyat nişanları oğurlanmış, habelə yük yerində başqa 2 avtomobilə aid qeydiyyat nişanları olan vəziyyətdə polis əməkdaşları tərəfindən tapılıb.

Faktla bağlı araşdırma aparılır.