logo

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində olublar

20:55 27-12-2019 | icon 287
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Şahdağ” Turizm Mərkəzində olublar

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 27-də “Şahdağ” Turizm Mərkəzində görülən işlərlə tanış olublar.

 YeniAvropa xəbər verir  ki “Şahdağ” Turizm Mərkəzinə gələn prezident İlham Əliyev  burada xizək sürüb.

Qeyd edək ki, Qusar rayonunun mərkəzindən 32 kilometr məsafədə yerləşən “Şahdağ” Turizm Mərkəzinin təməli 2009-cu ilin sentyabrında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Azərbaycanda və ümumiyyətlə, dünyada ən mükəmməl layihələrdən olan “Şahdağ” Turizm Mərkəzi oxşar istirahət məkanlarından bənzərsizliyi ilə fərqlənir və ilboyu fəaliyyət göstərmək iqtidarındadır. Bu layihənin reallaşdırılması Azərbaycanda dağ-xizək və digər qış idman növlərinin inkişafı üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev yerli və xarici turistlərlə söhbət edib. Turistlər “Şahdağ” Turizm Mərkəzində yaradılan şəraitdən razılıqlarını bildiriblər.

Qeyd edək ki, “Welcome Shahdag” ərazisinin giriş hissəsi abadlaşdırılıb, burada yaşıllıq zolağı salınıb. “Welcome Shahdag” turistlərin mərkəzdə qarşılaşacaqları ilk nöqtədir. Bu ərazidə 363 yerlik yeni avtomobil dayanacağı inşa edilib. Qonaqların qarşılanması, məlumatlandırılması və istiqamətləndirilməsi üçün “Welcome Plaza” binası da tikilib. Turist avtomobillərinin rahatlığı üçün isə uzunluğu 1 kilometrə yaxın olan yeni alternativ Zirvə yolu inşa edilib.