logo

Cari ildə Azərbaycan idmançıları 775 medal qazanıblar

13:27 27-12-2019 | icon 3066
Cari ildə Azərbaycan idmançıları 775 medal qazanıblar

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 2019-cu ildə respublikada fəaliyyət göstərən federasiyalarla birlikdə ölkəmizdə 233 respublika, 62 beynəlxalq yarış keçirilib.

 YeniAvropa xəbər verir  ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov  bu  gün keçirdiyi mətbuat konfransında səsləndirib.

Nazir bildirib ki, 243 beynəlxalq yarışda yığma komandalarımızın iştirakı təmin olunub. Millilərimiz 12 gündən az olmayaraq 118 təlim-məşq toplanışında iştirak ediblər. Cari ildə idmançılarımız 271-i qızıl, 238-i gümüş və 266-sı bürünc olmaqla ümumilikdə 775 medal qazanıblar. Olimpiya idman növləri üzrə 90 qızıl, 96 gümüş, 141 bürünc, qeyri-Olimpiya idman növləri üzrə isə 181 qızıl, 142 gümüş və 125 bürünc medal əldə olunub.