logo

Sudan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

17:24 27-12-2019 | icon 2429
Sudan səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Sudanın Azərbaycandakı səfiri Abbas Mustafa Əhməd Abdallanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

YeniAvropa xəbər verir  ki, bu haqda  Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Görüşdə tərəflər Azərbaycan ilə Sudan arasında mövcud əməkdaşlıq münasibətləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Səfir Abbas Abdalla Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində Sudanın Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahman Al-Burhanın Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayaraq, bunun ölkələrimizin əlaqələrinin inkişafına böyük töhfə verdiyini qeyd edib.

Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Sudanla, o cümlədən Qoşulmama Hərəkatına üzv dövlətlərlə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirib, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin vacibliyini vurğulayıb.

Səfir Abbas Abdalla Azərbaycanda diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsində ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Elmar Məmmədyarov səfir Abbas Abdallanın ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar.