Macarıstanda Azərbaycan Evi açılıb
Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycan Evinin açılışı olub.
YeniAvropa xəbər verir ki, bu ölkədə yaşayan soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, Azərbaycan mədəni irsinin qorunması və təbliği, həmvətənlərimizin yaşadığı cəmiyyətə inteqrasiyasına dəstək vermək məqsədi daşıyan Azərbaycan Evinin açılışında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Səlhət Abbasova, Azərbaycan Diasporuna Dəstək Fondunun nümayəndəsi İbrahim Səfərli, Macarıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri, media nümayəndəlləri və 100-dən artıq Macarıstanda yaşayan soydaşımız və yerli icmanın nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər xaricdə açılan Azərbaycan evlərinin əhəmiyyətindən danışıb, bu evlərin soydaşlarımızın birgə inkişafı və Azərbaycan mədəniyyəti, adət-ənənəsi və milli mənsubiyyətin qorunmasında xüsusi önəm kəsb etdiyini vurğulayıblar.
Səfir Vilayət Quliyev soydaşlarımızın Azərbaycan Evinin uzun illərdir açılması arzusu ilə yaşadıqlarını və bu məkanın onların hər biri üçün çox böyük məna kəsb etdiyini bildirib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu Evin açılmasının dövlətimizin soydaşlarımıza böyük bir hədiyyəsi olduğunu qeyd edib.
Səlhət Abbasova çıxışında Azərbaycan Evində soydaşlarımızın maraq və ehtiyaclarına müvafiq işin qurulması, mədəniyyətimizin təbliği və azərbaycançılııq ideologiyası ətrafında birləşmək üçün dövlət qurumları ilə bərabər həmvətənlərimizin də səy və təşəbbüslərinin vacib olduğunu vurğulayıb.
Tədbirdə soydaşlarımızın macar dostlarının iştirakının da xalqımızın multikultural ənənələrin daşıyıcısı olmasından, ümumbəşər dəyərlərə hörmətlə yanaşmasından, yaşadığı cəmiyyətə yaxşı inteqrasiyası və müsbət obraz yarada bilməsindən irəli gəldiyini diqqətə çatdırıb.
Tədbirdə iştirak edən macar icmasını təmsil edən polkovnik Farkaş Jozef, Subyektiv Dəyərlər Fondunun (Subjective Values Foundation) rəhbəri Marsel Lorinç Azərbaycan xalqına və mədəniyyətinə olan hörmət və ehtiramlarını bildirərək, Azərbaycan Evinin açılışı münasibətilə təbriklərini çatdırıblar.
Macarıstanda fəaliyyət göstərən diaspor təşkilatlarının rəhbərləri Ramiz Əmirli, Svetlana Abdullayeva, Əliağa Ağayev və Cavid Əhmədov çıxışlarında Azərbaycan Evlərinin yaradılmasına dəstək verdiyi üçün soydaşlarımız adından Azərbaycan dövlətinə və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini çatdıraraq bu addımın xaricdə yaşayan azərbaycanlılar üçün dövlətimizin qayğısını ifadə etdiyini bildiriblər.
Tədbir Macarıstanda yaşayan soydaşlarımızın ifasında Azərbaycan mahnılarının səslənməsi ilə avam edib.
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq
Qırğızıstan prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir
Mayın 1-dən Azərbaycanda balıq ovuna moratorium qüvvəyə minir
Çində sayca beşinci “Azərbaycan Ticarət Evi” açılıb
Azərbaycan nefti 89,49 dollara satılır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb
Avropa Komissiyası Ukraynaya 1,5 milyard avro yardım ayırıb
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni məğlub edərək finala yüksəlib
Qırğızıstan prezidentinin şərəfinə “Gülüstan” sarayında ziyafət verilib
Bayden Ukraynaya 61 milyard dollarlıq hərbi yardım haqda qanunu imzalayıb
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılışında iştirak ediblər
“Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
Qırğızıstan prezidenti Şəhidlər xiyabanını ziyarət edib