logo

İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub

20:49 26-12-2019 | icon 2338
İlham Əliyev Bakı-Quba-Rusiya dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub

Prezident İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verib. Bildirib ki, 192 kilometrlik bu yolu 4 lota bölünüb."Bu, birinci lotdur, hansı kı, Zeynalabdin Tağıyev qəsəbəsindən Giləzi qəsəbəsinə qədər 30 kilometrlik "yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmişik. Yerdə qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətində iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerdə turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgəli yol olacaq, 4 cərgəsi hərəkət, 1 cərgəsi ehtiyat maşınların saxlanması üçün.  Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç nə daxil ola bilməsin. Yol ətrafında maşınlara xidmət üçün dayanacaqlar olacaqdır",-deyə Saleh Məmmədov bildirib .