logo

Qüdrət Həsənquliyev Səməd Seyidovun yerinə seçkiyə gedir

22:36 24-12-2019 | icon 2310
Qüdrət Həsənquliyev Səməd Seyidovun yerinə seçkiyə gedir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, son 4 çağırış Milli Məclisin üzvü olmuş Qüdrət Həsənquliyev bu dəfə Naxçıvan Muxtar Respublikasından deyil , paytaxt Bakıdan növbədənkənar parlament seçkisinə qatılmaq qərarına gəlib. 

 YeniAvropa xatırladır ki, Qüdrət Həsənquliyev indiyədək 7 saylı Ordubad-Culfa dairəsindən parlamentdə təmsil olunub. Bu dəfə isə Bakı şəhərindən-36 saylı Xətai IV seçki dairəsindən seçkilərə qatılır.

Qeyd edək ki, ardıcıl olaraq 4 şağırışdır həmin dairəni parlamentdə Yeni Azərbaycan Partiyasından (YAP) olan  millət vəkili, professor, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəındə heyətinin rəhbəri Səməd Seyidov təmsil edir. Q. Həsənquliyevin seçki dairəsini dəyişməsi isə Səməd Seyidovun növbədənkənar seçkilərə qatılmayacağı şübhəsini yaradır.

KİV-də gedən yazılardan belə bəli olur ki, Qüdrət Həsənquliyevin namizədliyini paytaxtdan irəli sürməsi onun Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla münasibətlərinin son dərəcədə gərgin olması ilə əlaqələndirilir. Belə ki, bir neçə ay öncə Q. Həsənquliyev V. Talıbovu sərt tənqid etmiş və bu zaman iki şəxs arasında münasibətlərdə gərginlik yaranmışdı.