logo

36 sabiq bitərəf deputatdan  hələlik 21-i növbəti seçkidə iştirak edəcək

21:27 24-12-2019 | icon 2310
36 sabiq bitərəf deputatdan  hələlik 21-i növbəti seçkidə iştirak edəcək

V çağırış Milli Məclisdə təmsil olunmuş, bu ilin dekabrında parlamentin buraxılmasına səs vermiş 36 bitərəf deputatdan 21-i  artıq 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılmaq qərarını təsdiqləyib. 

 YeniAvropa xəbər verir  ki, bu siyahəda yer alan sabiq deputatlardan sonuncu 2000-ci ildən Milli Məclisin üzvü olan professor,  parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Bəxtiyar Əliyevdir. 

5-ci dəfə namizədliyini irəli sürən B. Əliyevin bu dəfə də 118 saylı Ağdam şəhər seçki dairəsindən namizədliyini irəli sürəcək.