logo

İlham Əliyev Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib

19:41 24-12-2019 | icon 2352
İlham Əliyev Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 24-də Bakı Ağ Şəhərdə Mərkəzi Bulvar küçəsinin açılışında iştirak edib, əsasən tamamlanmış Park Kvartalı ilə tanış olublar və buradakı parkın abadlaşdırılmasına start veriblər.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Prezident İlham Əliyev Bakı Ağ Şəhər Mərkəzi Bulvar küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.

Sonra prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Leyla Əliyeva buradakı parkda ağac əkməklə abadlaşdırma işlərinə start veriblər.