logo

Hacıqabulda zəlzələ olub

18:34 24-12-2019 | icon 2261
Hacıqabulda zəlzələ olub

Dekabrın 24-də yerli vaxtla saat 17.00-da Əli Bayramlı seysmik stansiyasından 35 kilometr şimal-qərbdə Hacıqabul rayonu ərazisində zəlzələ qeydə alınıb.

YeniAvropa xəbər verir  ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Qeyd edilib ki, yeraltı təkanın maqnitudası 3,3, dərinliyi 5 kilometr olub.

Zəlzələ hiss olunmayıb.