logo

Prezident Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisinə 20 milyon manat ayırdı

16:58 24-12-2019 | icon 2317
Prezident Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisinə 20 milyon manat ayırdı

Dekabrın 24-də prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.Sənədə əsasən, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün fərdi evlərin tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 20 milyon 610 min manatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılıb.