logo

Rusiya-Azərbaycan ticarət dövriyyəsi bu il 25 faiz artıb

16:15 24-12-2019 | icon 2674
Rusiya-Azərbaycan ticarət dövriyyəsi bu il 25 faiz artıb

Rusiya ilə Azərbaycan arasında əlaqələr uğurla inkişaf edir.  Bu il ölkələrimiz arasında ticarət dövriyyəsi  25 faiz artıb. Bu rəqəm xarici ticarət əlaqələri sırasında ən yüksək göstəricilərdəndir.

YeniAvropa xəbər verir  ki, bu fikri Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Samur çayı üzərində avtomobil körpüsünün açılışı zamanı çıxışında səsləndirib.

Rusilyalı nazir vurğulayıb ki, digər ölkələrlə buna yaxın göstəricilərimiz yoxdur :" Bu da Azərbaycanla qarşılıqlı münasibətlərimizin addım-addım inkişaf etdiyini göstərir. Ölkələrimizin insanları, şirkətləri arasında əlaqələr güclənir. Azərbaycanla Rusiya arasında qarşılıqlı turist axını da artmaqdadır. Buna görə də müvafiq infrastruktur da paralel olaraq inkişaf etdirilməlidir. Bu körpü ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. Bu isə, öz növbəsində yeni iş yerlərinin açılmasına təkan verəcək. Körpü həm də böyük sosial əhəmiyyətə malikdir. Layihənin icrası növbəti perspektiv planlara yol açır. Yeni infrastruktur layihələrinin həyata keçirilməsi ölkələrimizi daha da yaxınlaşdıracaq”.