logo

İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

14:57 24-12-2019 | icon 2324
İlham Əliyev Bilal Ərdoğanı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 24-də Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanı qəbul edib.

 YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə Bilal Ərdoğan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın adından və öz adından prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edib.

Təbrikə və göstərilən diqqətə görə təşəkkürünü bildirən prezident İlham Əliyev bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefonla danışdığını məmnunluqla qeyd edib.

Söhbət zamanı Çövkən Milli Atüstü Oyunu üzrə "Prezident Kuboku"nun final mərhələsinin Azərbaycanda yüksək səviyyədə təşkil olunduğu bildirilib, milli idman oyunlarının inkişaf etdirilməsi istiqamətində ölkələrimizin əməkdaşlığının önəmi vurğulanıb.