logo

Paytaxtda  “Toyota” ilə  toqquşan “Mercedes” yandı

14:33 24-12-2019 | icon 3843
Paytaxtda  “Toyota” ilə  toqquşan “Mercedes” yandı

Bakı şəhərinin Nəsimi rayonunda “Toyota” və “Mercedes” markalı iki minik avtomobili toqquşub.

YeniAvropa xəbər verir  ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən  bildirilib. Qeyd edilib ki, toqquşma nəticəsində “Mercedes” markalı avtomobilinin salon hissəsi yanıb.

Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.