logo

Prezident 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

12:10 24-12-2019 | icon 2359
Prezident 2 saylı DOST mərkəzinin açılışında iştirak edib

Dekabrın 24-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Xəzər rayonunda yerləşən 2 saylı DOST mərkəzinin açılışı olub.

 YeniAvropa xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib, mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev  mərkəzdə yaradılan şərait barədə prezidentə məlumat verib. Sonda prezident İlham Əliyev mərkəzin kollektivi ilə görüşüb.