logo

“IrAero”  yeni Samara-Bakı aviareysini açır

12:05 24-12-2019 | icon 2632
“IrAero”  yeni Samara-Bakı aviareysini açır

Rusiyanın Samara şəhərindən Bakıya yeni aviareys açılır.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə Samaranın “Kurumiç” beynəlxalq aeroportunun mətbuat xidməti  məlumat yayıb. Xəbərdə bildirilir ki, uçuşları “IrAero” aviaşirkəti həyata keçirəcək. Samaradan Bakıya birbaşa uçuşlar həftədə bir dəfə, çərşənbə günləri yerinə yetiriləcək.

Təyyarə Samaradan saat 01:20-də qalxıb, yerli vaxtla 04:10-də Bakıya çatacaq.

Uçuşlar “Sukhoi Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.