logo

Meksikada şəhər meri öldürülüb

10:49 24-12-2019 | icon 2569
Meksikada şəhər meri öldürülüb

Meksikanın Oaxaka ştatının Xalapa şəhər meri Arturo Velasqes Yeni il şənliyində qətlə yetirilib.

 YeniAvropa "TASS"a istinadla xəbər verir ki, naməlum şəxslər şənliyin keçirildiyi binaya daxil olaraq oradakı insanlara odlu silahdan atəş açıblar. Atəş nəticəsində A.Velasqeslə bərabər, Xavier Terrero şəhər rəhbərliyinin işçilərindən biri öldürülüb.

Digər ölən və yaralananlar barədə məlumat verilməyib.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır.