logo

Tehranda Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivləri müzakirə edilib

20:58 04-12-2019 | icon 2569
Tehranda Azərbaycan-İran iqtisadi əlaqələrinin perspektivləri müzakirə edilib

Dekabrın 4-də  Tehranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin İranın İqtisadiyyat və Maliyyə İşləri naziri, İran və Azərbaycan arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsənd ilə görüşü olub.

Görüşdə ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib.

Baş nazirin müavini Şahin Mustafayev son illərdə Azərbaycan-İran əlaqələrinin daha da inkişaf etdiyini qeyd edib, hər iki ölkənin dövlət başçılarının münasibətlərin inkişafına böyük önəm verdiyini və Dövlət Komissiyasının işinə dəstək göstərdiyini vurğulayıb.

Azərbaycan ilə İran arasında iqtisadi-ticarət əlaqələri barədə danışan Şahin Mustafayev qeyd edib ki, ötən dövrdə ticarət əlaqələrinin inkişaf etdirilməsi istiqamətində davamlı tədbirlər görülüb. Cari ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 3 dəfə artıb. Neftçala Sənaye Məhəlləsində avtomobil istehsal edilir. Bakıda Azərbaycan-İran klinikası açılıb, Pirallahı Sənaye Parkında birgə əczaçılıq zavodunun təməli qoyulub.

Şahin Mustafayev qarşılıqlı ticarətin həcminin daha da artırılması və strukturunun şaxələndirilməsi üçün potensialın, kənd təsərrüfatı, turizm, tranzit və yükdaşımalar sahələrində də əlaqələrin inkişafı üçün imkanların olduğunu qeyd edib.

İranın İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd son illər ölkələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün görülən işləri vurğulayıb. Dövlət Komissiyasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı istiqamətlərinin müzakirəsi üçün əhəmiyyətli platforma olduğunu qeyd edib.

Görüşdə iqtisadi-ticarət, maliyyə və digər sahələrdə əlaqələrin genişləndirilməsi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, baş nazirinin müavin Şahin Mustafayev bu gün həmçinin, İranın Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Baqeri və Sənaye, Mədən və Ticarət naziri Rza Rəhmani ilə də görüşü olub. Görüşlərdə Azərbaycan-İran əlaqələrinin genişləndirilməsinin perspektivləri müzakirə olunub.

Görüşlərdə,həmçinin,qarşılıqlı maraq doğuran məsələlər ətrafında da  geniş fikir mübadiləsi aparılıb.