Milli Məclisin səlahiyyətləri parlamentin yeni tərkibi formalaşanadək saxlanılır
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının prezidentinə müraciət edilməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 2019-cu il 2 dekabr tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğun hesab olunmasına dair qərar qəbul edib. Bunun əsasında Konstitusiyanın 981–ci maddəsinə görə Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında qəbul olunacaq qərar Konstitusiyaya uyğun hesab edilib.
YeniAvropa xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev dekabrın 4-də jurnalistlərə müsahibəsində deyib.
S.Mirzəyev bildirib ki, eyni zamanda, Konstitusiya Məhkəməsi Konstitusiyanın 111-ci, 112-ci maddələrində təsbit edilən funksiyalarının icrası ilə əlaqədar Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb. Yəni, müharibə vəziyyəti olanda, yaxud Azərbaycana hücum təhlükəsi yarananda, eləcə də fövqəladə təbii hallar baş verəndə, kütləvi iğtişaşlar nəticəsində fövqəladə vəziyyətin təyin olunması ilə əlaqədar yaranmış məsələlərdə mütləq Milli Məclisin təsdiqi lazımdır. Ona görə də bu səlahiyyətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulur ki, Milli Məclis yeni seçkilər keçirilənə qədər öz səlahiyyətlərini saxlasın. Eyni zamanda, Azərbaycanın və Milli Məclisin beynəlxalq öhdəlikləri var və bu öhdəliklərin yerinə yetirilməsi üçün Milli Məclis fəaliyyətini davam etdirəcək.
“Burada yeganə məhdudiyyət ondan ibarətdir ki, Milli Məclis qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər toplaşmayacaq. Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı. Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq və Milli Məclisin üzvləri həmin iclaslara qatılacaqlar. Bundan başqa, dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçirilməlidir, o iclas da keçiriləcək. Sadəcə qanun və qərarların qəbul edilməsinə dair parlamentin plenar iclasları keçirilməyəcək. Yeni qanunları altıncı çağırış parlament qəbul edəcək”.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq