Şenol Günəş: Bakıda öz meydanımızda oynayacağıq
Haradan gəlib, haraya getdiyimizi yaxşı bilirik. Qələbəni də, məğlubiyyəti də görmüşük. İndi tam hazır bir komanda ilə yola çıxırıq. Oyunların Bakıda keçirilməsi ilə bağlı deyim ki, biz elə bunu istəyirdik. Uzun səyahət olsa da, Bakıda öz meydanımızda oynayacağıq. Buraya gəlmək çox vacib idi. Bu, qürurvericidir.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu sözləri futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Evro2020” barədə danışan Ş.Güneş Türkiyə millisinin yer aldığı A qrupunun oyunları ilə bağlı bildirib ki, “Evro2020”də Türkiyəni və Azərbaycanı təmsil edəcəyik :"Bakıda iki çətin oyunumuz olacaq. İtaliya ilə keçiriləcək görüş də çox vacibdir. Həmin matçda məğlub da ola, qalib də gələ bilərik. Bakıdakı iki oyunun nəticəsi vəziyyəti tamamilə dəyişə bilər”.
Qeyd edək ki, noyabrın 30-da Buxarestdə keçirilən püşkatmanın nəticələrinə əsasən, Bakının Roma ilə birlikdə oyunlarına ev sahibliyi edəcəyi A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə yığmaları yer alıblar.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun üç, dörddəbir final mərhələsinin bir qarşılaşması təşkil olunacaq. Qardaş ölkənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionunda iyunun 13-də Uels və İsveçrə yığmaları qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları 12 şəhərdə - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq