logo

İlham Əliyev Hacıqabul və Naftalana yeni icra başçıları təyin etdi

15:29 04-12-2019 | icon 2198
İlham Əliyev Hacıqabul və Naftalana yeni icra başçıları təyin etdi

Prezident İlham Əliyev  dekabrın 4-də Hacıqabul rayonu və Naftalan şəhərinə yeni icra başçılarının təyin edilməsi haqqında sərəncamlar imzalayıb. 

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamlarla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul rayon İcra Hakimiyyətinə, Vüqar Vahid oğlu Novruzov isə Naftalan şəhər İcra Hakimiyyətinə başçı təyin ediliblər.

Prezidentin bu gün imzaladığı  digər bir sərəncamla isə Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.