logo

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  “Bakutel-2019” sərgisi ilə tanış olublar

11:29 04-12-2019 | icon 231
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  “Bakutel-2019” sərgisi ilə tanış olublar

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

 YeniAvropa  xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma sərgi barədə məlumat verib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin pavilyonları ilə tanış oldular.