Şahin Mustafayev İranın prezidenti Həsən Ruhani ilə görüşüb
İranda səfərdə olan Azərbaycanın baş nazirinin müavini, Azərbaycan ilə İran arasındakı iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranın prezidenti Həsən Ruhani ilə görüşüb.
YeniAvropa xəbər verir ki, Şahin Mustafayev prezident İlham Əliyevin məktubunu prezident Həsən Ruhaniyə təqdim edib. Bildirib ki, prezident İlham Əliyev Sizinlə dostluğa və səmimi münasibətlərə böyük əhəmiyyət verir. Azərbaycan prezidenti hesab edir ki, dostluq əlaqələri iki ölkə arasındakı münasibətlərin daha da inkişafına təkan verəcək və qarşılıqlı əlaqələr xalqlarımızın mənafeyinə xidmət edəcək.
Prezident Həsən Ruhani məktuba görə təşəkkürünü bildirib və onun da səmimi salamlarını Azərbaycan prezidentinə çatdırmağı xahiş edib. prezident Həsən Ruhani deyib ki, İran ilə Azərbaycan yaxın qonşu olmaqla yanaşı, həm də yaxın dost və qardaş dövlətlərdir. Hər iki dövlət qlobal əhəmiyyətə malik olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayır. Bu layihəyə daxil olan dəmir yolu xətti İrandan Azərbaycana və Rusiyaya, oradan isə Avropaya uzanacaq. Bu layihədən yalnız İran ilə Azərbaycan deyil, həmçinin regionun digər dövlətləri də faydalanacaq. Biz, həmçinin İran, Azərbaycan və Rusiya üçtərəfli əlaqələrinin inkişafında da maraqlıyıq.
Prezident Həsən Ruhani iki ölkə arasında digər sahələrdə olduğu kimi, turizm, yüksək texnologiyalar və ekologiya sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov da iştirak ediblər.
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb
İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Avropa çempionatı: Boksçumuz erməni rəqibini məğlub edib
İlham Əliyev: Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq
Gürcüstan parlamentinin komitə sədri Milli Məclisdə olub
“Azercell Telekom” Cüdo Federasiyası ilə əməkdaşlıqda “Doğru yol budur” layihəsinə start verir
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb
Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək
Faktiki hava: Bakıda küləyin maksimal sürəti 24 m/saniyəyə çatır
Ərdoğan 12 ildən sonra İraqa rəsmi səfər edib
Nicat Abasovun İddiaçılar Turnirindəki çıxışını dəyərləndirib
ANAMA ötən həftə 452 partlamamış hərbi sursatı zərərsizləşdirilib
KTMT-də Ermənistanın təşkilatdan çıxmadığını hesab edirlər