logo

Baş nazir istefa ərizəsini yazdı

22:31 03-12-2019 | icon 2471
Baş nazir istefa ərizəsini yazdı

Finlandiyanın baş naziri Antti Rinne ölkə prezidenti Sauli Niinistöyə istefa ərizəsi verib. Onun ərizəsi təmin edilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, hökumətin başçısı xeyli müddət davam edən koalisiya böhranı nəticəsində istefa verib.

Koalisiya böhranını sabiq Dövlət Şirkətlərinin İdarə olunması məsələləri naziri Sirpa Paateronun istefasına səbəb olmuş ümummilli tətilin dayandırılmasından sonra yaranmış mübahisələr doğurub. Prezident Niinistö poçt işçilərinin əməkhaqlarının azaldılması planlarından nazirin xəbərdar olması təsdiq ediləndən sonra onun istefasını qəbul edib. Poçt əməkdaşlarının həmkarlar ittifaqları ilə razılaşma əldə etmək cəhdləri irimiqyaslı tətillərə gətirib çıxarıb ki, bu da ölkənin nəqliyyat sahəsini, sözün həqiqi mənasında, iflic vəziyyətinə salıb, çünki başqa həmkarlar ittifaqları da bu tətilə qoşulublar.

Sosial-demokratlarla bərabər, hakim koalisiyanın ən böyük iştirakçısı olan “Finlandiya mərkəzi” Partiyası dekabrın 2-də bəyan edib ki, onun Baş Nazirə etimadı sarsılıb və hökumətə etimadı bərpa etmək üçün əsas koalisiya partiyasını zəruri nəticələr çıxarmağa dəvət edib. Məhz bundan sonra Antti Rinne hökumətin başçısı vəzifəsindən istefa verib.