logo

Balakəndə 30 yaşlı qadın özünü asdı

20:31 03-12-2019 | icon 2576
Balakəndə 30 yaşlı qadın özünü asdı

Balakəndə meşədən meyit tapılıb.

 YeniAvropa xəbər verir  ki,  rayonun “Beşbulaq” adlanan ərazisində meşə massivində ağacdan asılmış qadın meyiti aşkar edilib.

Araşdırma zamanı meyiti tapılan qadının Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Mehdiyeva Biçə Vaqif qızı olması müəyyən edilib. Onun intihar etdiyi ehtimal olunur.

Faktla bağlı Balakən rayon Prokurorluğunda araşdırma aparılır.