logo

İngiltərə ilə İrlandiya 2030-cu il dünya çempionatına ev sahibliyinə namizəddirlər

19:20 03-12-2019 | icon 2912
İngiltərə ilə İrlandiya 2030-cu il dünya çempionatına ev sahibliyinə namizəddirlər

İngiltərə və İrlandiya Futbol federasiyaları 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün namizədliklərini irəli sürmək istəyirlər.

 YeniAvropa xarici mətbuata istinadla xəbər verir ki, İngiltərə və İrlandiya federasiyaları dünya çempionatına birgə ev sahibliyi etmək üçün FIFA-ya rəsmi müraciət edəcəklər.

Qeyd edək ki, indiyədək Portuqaliya və İspaniya, Kolumbiya, Ekvador və Peru mundiala birgə ev sahibliyi etmək istədiklərini açıqlayıblar.