logo

Sabah Vyanada “OPEC+” nazirlərinin 17-ci iclası keçiriləcək

18:33 03-12-2019 | icon 182
Sabah Vyanada “OPEC+” nazirlərinin 17-ci iclası keçiriləcək

Dekabrın 4-də  Avstriyanın paytaxtı Vyanada OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin (“OPEC+”) Birgə Monitorinq Komitəsinin  17-ci iclası keçiriləcək. 

 YeniAvropa xəbər verir ki, bu barədə OPEC məlumat yayıb.

Bildirlib ki, dekabrın 5-də isə  Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası keçiriləcək.

Tədbirlərdə iştirak etmək üçün Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Avstriyanın paytaxtına səfəri planlaşdırılıb.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.