logo

Ermənistan nümayəndə heyəti Bakıya gəlir

16:49 03-12-2019 | icon 2121
Ermənistan nümayəndə heyəti Bakıya gəlir

Ermənistanın hökumət nümayəndə heyəti Azərbaycana səfərdə gəlir. 

YeniAvropa erməni mətbuata istinadla xəbər verir  ki, səfərdə məqsəd dekabrın 5-6-da Bakda keçiriləcək  Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin(TRACECA) inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfrans və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında iştirak etməkdir. 

 

Ermənistan nümayəndə heyətinin tərkibində Ərazi İdarəetmə və İnfrastruktur nazirinin müavini Armen Simonyan, Nəqliyyat Departamentinin Texniki siyasət şöbəsinin müdiri Arman Karapetyan və Ermənistan XİN-nin İnkişaf sahəsində Çoxtərəfli Siyasət və Əməkdaşlıq Departamentinin məsləhətçisi Artem Aznauryan yer alıblar.