logo

İlham Əliyev Yardımlıda İdman Kompleksinin tikintisinə daha 7,5 milyon manat ayırdı

15:55 03-12-2019 | icon 2233
İlham Əliyev Yardımlıda İdman Kompleksinin tikintisinə daha 7,5 milyon manat ayırdı

Prezident İlham Əliyev dekabrın 3-də “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

YeniAvropa xəbər verir  ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

 Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 milyon 511 min 400 manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.