logo

Baş katib: Gələn ildən 5G texnologiyası bütün dünyada tətbiq ediləcək

14:59 03-12-2019 | icon 2485
Baş katib: Gələn ildən 5G texnologiyası bütün dünyada tətbiq ediləcək

"Biz artıq 5G texnologiyası üzrə standartları qəbul etmişik. Azərbaycanda da artıq 5G texnologiyalarının tətbiqinə başlanılıb. Biz bunu hələlik pilot layihə çərçivəsində həyata keçiririk. 5G texnologiyasının sürəti digərlərindən qat-qat üstündür. Bu texnologiyalar vasitəsilə böyükhəcmli məlumatların, data və digər əməliyyatları sürətlə həyata keçirmək mümkün olacaq".

YeniAvropa xəbər verir ki, bu barədə dekabrın 3-də Bakı Ekspo Mərkəzində açılan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində jurnalistlərə müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Haoulin Zao deyib.

O bildirib ki, gələn ildən 5G bütün dünyada tətbiq ediləcək: “Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, 2020-ci ilin iyunundan bu texnologiyanın müqavilə əsasında bütün dünyada tətbiqinə başlanılacaq", - deyə ITU-nun baş katibi bildirib.