logo

ABŞ-ın sabiq prezidenti yenidən xəstəxanaya yerləşdirilib

14:12 03-12-2019 | icon 245
ABŞ-ın sabiq prezidenti yenidən xəstəxanaya yerləşdirilib

ABŞ-ın sabiq prezidenti Cimmi Karter sidik yollarının infeksiyası diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə Karter Mərkəzinin nümayəndələri məlumat veriblər. Açıqlamada qeyd olunub: “ABŞ-ın sabiq prezidenti Cimmi Karter sidik yollarının infeksiyasını müalicə etmək məqsədilə Corciya ştatındakı Amerikus şəhərində Fibi Samter tibb mərkəzinə qəbul edilib. O, özünü yaxşı hiss edir və evə qayıtmağını səbirsizliklə gözləyir. Karterin öz evində istirahət üçün xəstəxanadan buraxıldığı vaxt əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Cimmi Karter ABŞ tarixində ən yaşlı sabiq prezidentdir. Onun 95 yaşı var.

Xatırladaq ki, Cimmi Karter 1977-1981-ci illərdə Demokratlar Partiyasından ABŞ-ın 39-cu prezidenti olub. O, daha çox Yaxın Şərq münaqişəsində vasitəçilik missiyası ilə tanınır. Belə ki, 1978-ci ildə onun sədrliyi ilə Misir prezidenti Ənvər Sədat və İsrailin baş naziri Menahem Begin sülh və Sinay yarımadasının Misirə verilməsinin tanınması barədə razılıq əldə ediblər. Bu razılaşma dörd Misir-İsrail müharibəsi seriyasına son qoyub. Karterə 2002-ci ildə Nobel Sülh mükafatı verilib.