logo

Ərdoğan: NATO-nun yenilənməsi qacınılmazdır

12:31 03-12-2019 | icon 2436
Ərdoğan: NATO-nun yenilənməsi qacınılmazdır

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun yenilənməsinin qacınılmaz olduğunu deyib.

YeniAvropa  "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə prezidenti bu fikri Şimali Atlantika Alyansının növbəti sammitinin keçiriləcəyi Londona səfərindən öncə Ankaranın "Esenboğa" hava limanında təşkil olunan mətbuat-konfransında səsləndirib.

“NATO-nun özünü yeniləməsi qacınılmazdır. Üzv ölkələrin alternativ axtarmaq əvəzinə NATO-nu ortaq təhdidlər qarşısında daha güclü edəcək səylər göstərəcəyini, terrorla mübarizədə bizimlə həmrəylik nümayiş etdirəcəyini gözləyirik, - deyə Türkiyənin NATO-nun əvəzolunmaz üzvü olduğunu qeyd edən prezident bildirib.

Xatırladaq ki, NATO-nun sammiti dekabrın 3-4-də Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək. Xarici KİV-lərdə yayılam məlumatlara görə, Rəcəb Tayyib Ərdoğanın sammit çərçivəsində ABŞ prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron, Almaniya kansleri Angela Merkel və Böyük Britaniyanın baş naziri Boris Consonla ikitərəfli görüşləri gözlənilir.