Milli Məclisin sonuncu plenar iclası öz işinə başlayıb
Dekabrın 3-də Milli Məclisin növbəti plenar iclası öz işinə başlayır.
YeniAvropa xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilb. Həmin məsələlər bunlardır:
1."Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
2."İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" 2018-ci il 28 dekabr tarixli 1442-VQD nömrəli və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" 2018-ci il 28 dekabr tarixli 1443-VQD nömrəli qanunlarınin ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında
3.Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)
4.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş)
5.Azərbaycan Respublikasının Mülki Məcəlləsində, "Uşaq hüquqları haqqında" və "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
6.Azərbaycan Respublikasının "Diaspor fəaliyyətində xidmətə görə" medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
7."Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında Memorandum
8."Ümumdünya Poçt Konvensiyasına və onun Yekun Protokoluna qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
9."Ümumdünya Poçt İttifaqının Nizamnaməsinə Doqquzuncu Əlavə Protokola qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
10."Ümumdünya Poçt İttifaqının Ümumi Reqlamentlərinə Birinci Əlavə Protokola qoşulmaq haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə
11."Poçt ödəniş xidmətləri haqqında Sazişə və onun Yekun Protokoluna qoşulmaq barədə" Azərbaycan Respublikası qanununun layihəsi haqqında
12."2 oktyabr 2009-cu il tarixində imzalanmış Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında Sazişə dəyişikliklər edilməsi barədə" Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə
13."Azərbaycan Respublikasının Hərbi-Dəniz bayraqları haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
14."Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
15.Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş)
Qeyd edək ki, sabah V çağırış Milli Məclisin sonuncu plenar iclası ola bilər.
Belə ki, dekabrın 2-də keçirilən Milli Məclisin plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının prezidentinə müraciət qəbul edilib. Öz növbəsində prezident Milli Məclisin həmin qərarının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Konstitusiya Məhkəməsinə sorğu göndərib. Sorğuya mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 4-də saat 12:00-a təyin edilmiş iclasında baxılacaq.
YAP-ın 68 deputatından 25-i, bitərəflərdən isə yarıdan çoxu seçkidən kənarda qalacaq
Xaçmazda ağır avtoqəza: iki nəfər ölüb, bir nəfər yaralanıb
Ermənilər atəşkəs rejimini 24 dəfə pozublar
Avstriyalı diplomat BMT İnsan Haqları Şurasının rəhbəri təyin edilib
Sabiq baş nazirə hökm oxundu: 7,5 il həbs+150 milyonu qaytarmaq
Deputat Yevda Abramov vəfat etdi
“11-lər”i təmsil edən “12-lər”dən kimlər yenidən parlamentə düşəcək?
Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq
TRACECA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçdi
Yunis Səfərovun cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdəki köməkçisini İcra Hakimiyyətinə da gətirdi
Nazir müavini bu gün 650 mindən artıq ağacın əkildiyini dedi
YAP hansı namizədlərlə iştirak edəcəyi ilə bağlı qərarını verməyib
İstirahət günlərində gözlənilən hava proqnozu açıqlanıb
Dekabrın 9-na olan manatın məzənnəsi açıqlanıb
Sabahdan növbədənkənar parlament seçkisinə start verilir
"AzVirt" Serbiyada yol tikintisinə başlayıb
İsveç 2021-ci ildə ATƏT-də sədrlik edəcək
Şumaxerin çempion olduğu maşın 6,6 milyon dollara satılıb
Prezident TRACECA-nın yubiley konfransı iştirakçılarını təbrik edib
Sabah Bakıda 12° isti olacaq
Ötən gün axtarışda oldan 35 nəfər saxlanılıb
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
Ağdam sakini həmyerlisini güllələdi