Bakıda İƏT-in kənd təsərrüfatı üzrə yüksək səviyyəli V iclası keçirilir
Dekabrın 3-də Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclası keçirilir.
YeniAvropa xəbər verir ki, iclasda ECO-ya üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin dekabrın 4-də Bakıda keçiriləcək VI iclasına hazırlıq, o cümlədən gündəliyin layihəsi, “ECO-Vison 2025”in kənd təsərrüfatına aid hissəsinin həyata keçirilməsi yolları, ECO-ya üzv ölkələrin nazirlərinin V iclasından bəri Kənd Təsərrüfatı və Ərzaq Təhlükəsizliyinə dair Katibliyin Tərəqqi Hesabatı, həmçinin kənd təsərrüfatı sahəsi üzrə 2019-cu il Bakı Bəyannaməsinin hazırlanması və digər məsələlər müzakirə olunur.
Azərbaycanın kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov iclasda çıxış edərək bildirib ki, son illər prezident İlham Əliyev tərəfindən Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi, aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizdə aqrar sahədə əldə olunan uğurlar barədə məlumat verən nazir müavini deyib: "Bu gün regionlarımızda beynəlxalq standartlara cavab verən müasir təsərrüfatların (aqro-parklar) yaradılması və ən son aqrar texnologiyaların transferi istiqamətində ciddi addımlar atılır. Kənd təsərrüfatını inkişaf etdirməklə biz həm də elm, təhsil, məşğulluq, innovasiya, ticarət və kənd turizmi kimi sahələrin inkişafına da təkan vermək niyyətindəyik. Bu baxımdan, dayanıqlı inkişaf məqsədlərinə, xüsusilə kənd təsərrüfatında qarşıya qoyulan hədəflərə nail olmaq üçün qida və ərzaq təhlükəsizliyinin bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın formalaşdırılması zəruridir".
Elçin Zeynalov qeyd edib ki, İqtisadi Əməkdaşlıq Təşkilatı üzv ölkələr arasında elmi tədqiqat sisteminin inkişafı, mütərəqqi təcrübələrin mübadiləsi, müasir texnologiyalar və metodologiyaların ötürülməsi, birgə tədqiqat layihələrinin həyata keçirilməsi, elmi nailiyyətlərin paylaşılması və digər əməkdaşlıqlar üçün vacib platformadır.
"Bu gün, keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının kənd təsərrüfatı üzrə yüksək səviyyəli ekspertlərinin V iclasının gündəliyində əks olunan prioritet məsələlər hər biri üzv ölkələr üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan əminəm ki, İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Kənd Təsərrüfatı Nazirlərinin Vl və Yüksək Səviyyəli Ekspertlərin V iclasına ev sahibliyi edərək, bu gün bir sıra vacib məsələlərin müzakirəsinə və həllinə nail olacağıq və bununla da, ECO üzv ölkələri arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə, regiondaxili ticarətin artırılmasına və ECO regionunda investisiyaların təşviqinə mühüm töhfə verəcəyik", - deyə Azərbaycanın Kənd Təsərrüfatı nazirinin müavini bildirib.
İclas işini gündəlikdə olan məsələlərin müzakirəsi ilə davam etdirir.
Payızda Azərbaycan ilə Ermənistanın baza prinsipləri üzrə razılığa gəlməsi ehtimalı var
QDİƏT-in turizm üzrə toplantısında “Bakı Bəyannaməsi” qəbul edilib
Astara sakinindən 51 kq narkotika götürülüb
COP29-a görə Vergi Məcəlləsinə dəyişiklik ediləcək
İlham Əliyev Bakıda keçirilən beynəlxalq forumda iştirak edir
"EURO-2024"ü idarə edəcək hakimlər arasında Türkiyə təmsilçisi də var
Sabah Bakıda 29° isti olacaq
Azərbaycanda spirtli içkilərin illik istehsali 20 min dekalitr olacaq
Yevlaxda uşaq bağçasındakı qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
Azərbaycan Albaniya ilə viza rejimini aradan qaldırır
Azərbaycanla Türkiyə gəlirlərə görə ikiqat vergitutma aradan qaldırır
Azərbaycan-Ermənistan dövlət sərhəddinin dəqiqləşdirilməsinə başlanıldı
Milli Məclisdə 18 məsələ müzakirəyə çıxarılıb
3 ayda Azərbaycanda 1,8 ton narkotika dövriyyədən çıxarılıb
Goranboyda zəlzələ olub
Culfada “Chevrolet” “Tofaş”la toqquşub: 2 ölü, 2 yaralı var
Xankəndidə silah-sursat aşkarlanıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb
Azərbaycan nefti 88,30 dollara satılır
Daha 39 ailə Füzuliyə köçürülüb
Faktiki hava:Bölgələırdə şimşək çaxıb,yağış və sulu qar yağıb
İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Çexiyaya rəsmi səfərə gedib
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Faktiki hava: Oğuz və İsmayıllıya dolu düşüb