Sabah Britaniyanın paytaxtı Londonda NATO-nun sammiti öz işinə başlayır.
YeniAvropa xəbər verir ki, NATO-nun 70 illiyi münasibətilə keçiriləcək sammit iki gün davam edəcək.
Təşkilatın gələcəyi ilə bağlı məsələlərin müzakirə olunacağı sammitdə ABŞ prezidenti Donald Tramp da iştirak edəcək.